Bu sözləri NATO Baş Qərargahının Siyasi və təhlükəsizlik məsələləri şöbəsinin əməkdaşı Steffen Elgersma deyib.
Onun sözlərinə görə, Azərbaycanın Əfqanıstan əməliyyatlarına töhfəsi NATO ilə Azərbaycan əlaqələrinin əsas aspektlərindən biridir: \”Əməkdaşlığın digər istiqaməti isə müdafiə sahəsində islahatlardır. Azərbaycanda strukturların NATO standartlarına uyğunlaşdırılması, təhsilin təkmilləşdirilməsi bu istiqamətdə əsas məsələlərdən biridir. Enerji təhlükəsizliyi və kiber hücumlarının qarşısının alınması isə NATO-Azərbaycan əlaqələrində yeni aspektlərdir. Azərbaycanla NATO əlaqələri hər iki tərəfin seçimi əsasında həyata keçirilir. Azərbaycan hansı dərəcədə iştirak edəcəyini özü müəyyənləşdirir. Mindən çox azərbaycanlı zabit NATO tədbirlərində iştirak edir. Bu, uzunmüddətli perspektivdə əsas göstəricidir. Bundan başqa Azərbaycanın NATO əməliyyatlarında iştirakı və tranzit ölkə qismində iştirakı yüksək qiymətləndirilir”.
İnterpress.az