ATV-nin vidse prezidenti, tanınmış jurnalist Məqsəd Nur həyat yoldaşı Mehparə Kərimovanın intihar olayı barədə qısa açıqlama verib.
O AzNews.az-a bildirib ki, hadisənin necə və niyə baş verməsi barədə danışmaq çox çətindir: “Mən hazırda yasdayam. Özümü çox pis hiss edirəm. Bu barədə danışmaq ağırdır. Həmkarlarımdan xahiş edirəm ki, məni başa düşsünlər”.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.
12:15
***
Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, intihar edən qadın ATV-nin vitse-prezidenti Məqsəd Nurun həyat yoldaşıdır. ( apa )
İnterpress.az