Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, həmin faktla bağlı Yasamal Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum hadisə martın 18-də “StarMed” klinikasında qeydə alınıb. Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı dünən burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.
İnterpress.az