Hadisə bu gün Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi 16 ünvanında qeydə alınıb. Goranboy rayon sakini, 1997-ci il təvəllüdlü Abdullayeva Səba İntiqam qızı kirayədə yaşadığı evin eyvanından özünü atmaq istəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Aparılan danışıqlar nəticəsində qızı fikrindən yayındırmaq mümkün olub.
İnterpress.az