İtlərə verilməyən əti məmurlar yedibackend

İtlərə verilməyən əti məmurlar yedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu ətlərdən bufetdə məmurlara verilən yeməklərin hazırlanmasında istifadə edilib.

“Die Welt” qəzetinin xəbərinə görə, heyvan yemi istehsalçısı olan firma üzərində “məhv edilməlidir” yazılan, ətlə dolu qutuları məhv etmək üçün bir qəssaba verib. Qəssab isə bu ətləri bufetə satıb. Xəbərdə Duisburg Prokurorluğunun ətlərin bələdiyyə aid bufetlərə paylandığı barədə iddiaları yer alıb.

Heyvan yemi istehsalçısı olan firma tərəfindən xüsusi bir şirkətdə məhv edilməsi üçün qəssaba verilən 50 ton ətin təxminən 3 tonu daşınma zamanı yoxa çıxıb. Qəssab və heyvan yemi istehsalçısı olan şirkəti cərimə gözləyir.

Xatırladaq ki, ilk dəfə 2014-cü ilin noyabr ayında ortaya çıxan hadisə ilə əlaqədar Düsseldorf Əyalət Məhkəməsi, Əyalət Asayiş İdarəsi, Əyalət Statistika İdarəsi və Bələdiyyə İdarəsi bufetlərində polis axtarış aparıb. Völklinger prospekti üzərindəki Əyalət Sitatistika İdarəsinin bufetindən 280 kiloqram xarab ət tapılaraq məhv edilib. Məsul şəxslər yoxa çıxan üç ton ətin istehlak olunduğu ehtimalı üzərində dayanır.

İnterpress.az