Ərdoğan Ermənistana səsləndi: “Sənin nəyin var?” – VİDEObackend

Ərdoğan Ermənistana səsləndi: “Sənin nəyin var?” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Çanaqqala savaşının 100-cü ildönümü tədbirlərində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, tarixin hər dövründə olduğu kimi bu böyük müharibə illərində da yaşanmış ağrıların olması mümkündür: “Bu hadisələr yalnız ermənilərə təsir etməyib. Balkanlarda, Qafqazda tarixin ən böyük müsəlman qırğınları bu dövrdə yaşanıb. Anadoluda ermənilərin gördüyü zərər qədər ermənilərdən ziyan görən yüz minlərlə insan var. Bu məsələ beynəlxalq siyasətə alət ediləcək bir məsələ deyil\”.

Türkiyə prezidenti Ermənistan rəhbərliyinə səslənərək arxivləri açmaq təklifini yenidən səsləndirib: “Buyurun bizim arxivlərimiz, sənədlərimiz burdadır. Bizim hazırda yüz minlərlə, milyonu ötmüş sənədimiz var. Sənin nə qədər sənədin var? Çıxar sənədlərini, tarixçilərə, arxeoloqlara, hüquqçulara tapşırıq verək. Gəlsinlər, bu sənədlər üzərində çalışsınlar. Hər şey ortadadır. Həqiqəti burada axtaraq. Sizin bu kampaniyaları necə davam etdirdiyinizi biz çox yaxşı bilirik”.


İnterpress.az