“Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir”backend

“Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Novruz bayramı bizim milli sərvətimizdir. Novruzun yalnız müstəqillik dövründə milli bayram kimi qeyd olunmasına başlanılıb”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Qız qalasının qarşısındakı meydanda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik illərində çətin sınaqlardan keçib, bununla belə, yalnız bu dövrdə xalqımız yüksək zirvələrə çatıb: “Hazırda dünya siyasətində ikili standartlar hökm sürür. Buna baxmayaraq, Azərbaycan inkişaf yolu ilə uğurla gedir. Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir.

Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşayıb, ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilib. İlk növbədə milli dəyərlərimizə, bayramlarımıza, ədəbiyyatımıza, incəsənətimizə, doğma ana dilimizə görə biz xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq, Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, yalnız müstəqillik dövründə xalqımız yüksək zirvələrə çata bilər”.

Dövlət başçısı qeyd edib ki, tariximizi nəzərə alsaq, bugünkü dövr ən sürətli inkişaf dövrüdür: “Biz bundan sonra da müstəqilliyimizi, xalqımızın rahat yaşamasını təmin edəcəyik”.

İnterpress.az