Qalmaqallı qanun Ukrayna Radasına təqdim olundubackend

Qalmaqallı qanun Ukrayna Radasına təqdim olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk və Luqansk vilayətlərindəki hadisələrin iştirakçılarının amnistiya olunması haqqında qanun “Müxalifət bloku” fraksiyası tərəfindən Ukrayna Ali Radasına təqdim olunub.

Amnistiya haqqında qanunun qəbul olunmasına dair öhdəlik Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin qəbul etdiyi Minsk sazişinin 5 bəndində öz əksini tapıb.

Analoji sənəd, yəni silahlı qruplaşma üzvlərinin cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutan sənəd Ali Radada 2014-ci ilin sentyabrın 16-da qəbul olunub. Lakin prezident Pyotr Poroşenko sənədi o zaman imzalamamışdı.

İnterpress.az