Çeçen komandir azərbaycanlıların da qoşulduğu yeni ittifaqdan danışdıbackend

Çeçen komandir azərbaycanlıların da qoşulduğu yeni ittifaqdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ummetislam.net-də yayımlanan müsahibədə Şişani Suriyada döyüşən əcnəbi döyüşçülərin yeni ittifaqı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Bir müddət əvvəl maşınına bomba qoyulması ilə bağı sualı cavablandıran Şişani bunu təbii qarşıladığını bildirib. Qeyd edib ki, gec və ya tez bu sui-qəsdləri təşkil edənlər cazalandırılacaq: “Hər gün bizim və digər islami qrupların vəziyyət yaxşılığa doğru gedir. İslami qruplar arasında son zamanlar anlaşma əldə edilməyə başlayıb. əməliyyatlar artıq ortaq bir mərkəzdən idarə edilir”.

Şişani son zamanlar adı tez-tez səslənməyə başlayan, sıralarında əcənəbilərin, o cümlədən azərbaycanlıların da birləşdiyi “Ensaruddin Cəbhəsi” ilə bağlı da sualları da cavablandırıb. Bildirib ki, bu cəbhədə Türkiyədən də olan döyüşçülərin çox olduğu “Fecruş Şam İslami Hərəkatı”, “Şam əl İslam Hərəkatı”, “Hadra” batalyonu, “Ceyşül Mühacirin” və “Ensar” təmsil olunur.

Rəhbəri olduğu təşkilatın beynəlxalq terror təşkilatları siyahısına daxil olmasının onu maraqlandırmadığını deyən Şişani “ İŞİD-lə bağlı bu günə qədər danışmaq istəmədik. Biz kafirlərlə olan savaşdan başqa heç bir kəslə döyüşmək istəmirik. Ancaq bizə kim hücum etsə onun cavabını verməyə də hazırıq. Suriya xalqının İŞİD kimi olmayan mühacirlərə qarşı simpatiyası var” deyə vurğulayıb.

O, Qafqazda müharibə davam etdiyi bir dönəmdə Çeçenistana qayıtmamasının səbəbləri barədə də danışıb. Qeyd edib ki, Gürcüstandan Çeçenistana keçmək isəyib, ancaq buna müvəffəq olmayıb. Şişani Qafqaz Əmirliyinə bağlı olduğunu və təşkilatın lideri Əli Əbu Məhəmmədin çağırışı olacağı təqdirdə Çeçenistana gedəcəyini vurğulayıb: “Bizlər tariximizlə, Qafqazda İmam Mənsur və İmam Şamillə fəxr edirik. Bütün islam ümməti Osmanlı xilafətinin tarixiylə iftixar edir. Tariximizdə Fateh Sultan Mehmed və digərləri ilə qürur duyuruq”.

İnterpess.az