Tam fazalı Günəş tutlmasının hərəkəti saat 13:09-da Atlantik okeanın Qrenlandiya tərəfindən başlayıb və saat 14:21-də Şimal qütbündə başa çatıb.
Ummuyyətlə, tutulma prosesi saat 11:40-da başlayıb, saat 15:48-də başa çatacaq. Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş eynəklərindən istifadə etməsi məsləhətdir.
Tam günəş tutulması Norveç dənizində – İslandiya ilə Norveç arasında müşahidə edilib. Mütəxəssislərin sözlərinə görə, günəş tutulmasını bəzi Skandinaviya ölkələri, Böyük Britaniya, Rusiyanın şimalında, Şimali Afrika, Şimali Asiya da qismən müşahidə etmək mümkündür.
İnterpress.az