Futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsinin püşkatma mərasimi olub.
Martın 20-də UEFA-nın İsveçrənin Neon şəhərində keçirilən mənzil-qərargahında keçirilən püşkatma rəqibləri bəlli edib.
Püşkün nəticələri belədir:
PSJ (Fransa) – “Barselona” (İspaniya)
“Portu” (Portuqaliya) – Bayern (Almaniya)
“Yuventus” (İtaliya) – “Monako” (Fransa)
“Real” (Madrid) – “Atletiko” (Madrid)
İlk qarşılaşma aprelin 14-15-də, cavab oyunları aprelin 21-22-də keçiriləcək.
Çempionlar Liqasının final oyunu iyunun 6-da Berlin Olimpiya Stadionunda baş tutacaq.
Martın 20-də UEFA-nın İsveçrənin Neon şəhərində yerləşən mənzil-qərargahında futbol üzrə Avropa Liqasının ¼ final mərhələsinin püşkü atılıb.
Püşkün nəticələri belədir:
“Dnepr” (Ukrayna) – “Brügge” (Belçika)
“Dinamo Kiyev” (Ukrayna) “Fiorentina” (İtaliya)
“Volsburq” (Almaniya) – “Napoli” (İtaliya)
“Zenit” (Rusiya) – “Sevilya” (İspaniya)
İlk oyunlar aprelin 16-da, cavab oyunları isə aprelin 23-də olacaq.
Avropa Liqasının final oyunu mayın 27-də Varşava Milli Stadionunda keçiriləcək.
İnterpress.az