İran prezidenti Həsən Ruhani Novruz bayramı münasibəti ilə İran xalqına televiziya müraciətində bu cür açıqlama verib.
Ruhani qeyd edib ki, İrana qarşı təhid və sanksiyaların heç bir təsiri də yoxdur. Ruhani Qərb dünyasının bundan xəbərdar olduğunu vurğulayıb.
Həsən Ruhani: “Biz bu millətin nüvə enerjisindən istifadə haqlarını təmin etmişik. Sanksiya maneələrini məhv etmişik və öz məqsədlərimizə gedən yolda uğura nail olacağıq”
Ruhani, eyni zamanda, terrorizmə qarşı mübarizədə heç bir qonşu ölkəni tək qoymadıqlarını da əlavə edib.
Ötən gün prezidentin anası Səkinə Peyvəndinin 90 yaşında dünyasını dəyişməsi ilə əlaqədar İsevçrənin Lozanna şəhərində keçirilən nüvə proqramı danışıqları da təxirə salınıb.
İran diplomatları dəfn mərasimində iştirak etmək üçün ölkəyə geri qayıdıblar.
İnterpress.az