Rusiyanın energetika naziri Alexander Novak və onun ukraynalı həmkarı Volodymyr Demchishin Avropa Birliyinin enerji məsələləri üzrə nümayəndəsi Maroš Šefčovič-in vasitəçiliyi ilə martın 20-də bir araya gəliblər.
Görüşdə Rusiya qazının Ukraynaya verilməsi müzakirə edilib.
Rusiya, Ukrayna və AB-nin 2014-cü ilin oktyabrında imzaladığı «qış paketi»nin vaxtı martın sonlarında başa çatır.
Demchishin deyib ki, Kiyevlə Moskva yeni razılaşma layihəsi hazırlamağa qərar veriblər. Layihə aprelin ortalarında keçiriləcək görüşdə imzalanmalıdır.
Novak deyib ki, Moskva qazın qiymətinin aşağı salınmasına ikinci kvartalda baxa bilər.
Avropa komissiyası bəyan edib ki, Ukraynanın qaz ala bilməsi məqsədilə maliyyə dəstəyi tapmaq üçün bütün imkanları nəzərdən keçirəcək.
İnterpress.az