50 yaşlı kişi yanaraq öldübackend

50 yaşlı kişi yanaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1965-ci il təvəllüdlü Qurbanov Şirinağa Əmirağa oğlu müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostik Mərkəzinə yerləşdirilib. Ona hər iki yuxarı ətrafın, üzün, döş qəfəsinin və qarnın 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı şəraitdə yanıq xəsarətləri aldığı araşdırılır.

İnterpress.az