İnterpress.az xəbər verir ki, tələbələr həkim işləmək üçün Suriyaya gediblər.
Britaniyada doğulan, 5-i oğlan, 4-ü qız olan 9 gənc tibb təhsili almaq üçün Sudanın paytaxtına gedib. Sudan əsilli olduqlarından valideynləri onların öz doğma ölkələrində ali təhsil almasını dəstəkləyib.
Martın 12-də bünün tələbələr avtobusla İstanbula gedib. Lakin onların daha sonra qanunsuz olaraq Türkiyə-Suriya sərhədini keçib İŞİD-in nəzarətində olan əraziyə daxil olmaları barədə məlumat yayılıb.
Tələbələrdən biri, 19 yaşlı Lena Əbdülqədir bacısına mesaj göndərərək, yaralı suriyalılara kömək etmək istədiyini bildirib. Gənclərin Türkiyədəki qohumu, siyasətçi Mehmet Əli Ediboğlu artıq bildirib ki, gənclər döyüşmək niyyətində deyil: “Onlar həkim kimi insanlara kömək edəcəklər”.
Britaniya Xarici İşlər Nazirliyi tələbələrə kömək etməyə hazır olduğunu bəyan edib. Onlar əllərinə silah almadıqlarını sübut etsələr, məsuliyyətə cəlb olunmayacaqlar.
İnterpress.az