Obamadan ilginc İsrail açıqlamasıbackend

Obamadan ilginc İsrail açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Obama açıqlamasında Netanyahunun bu sözlərinin müzakirələrin növbəti gedişini çətinləşdirdiyini vurğulayıb.
Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisinin verdiyi məlumata görə, seçkidən sonra Netanyahuya zəng edən Obama ABŞ-İsrail siyasətini yenidən nəzərdən keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bu xəbərin ardınca ABŞ prezidenti “Huffington Post” xəbər agentliyinə müsahibə verərək Netanyahu ilə telefon danışığına aydınlıq gətirib: “Əgər İsrail həm yəhudi, həm də demokratik bir dövlət olaraq qalmaq istəyirsə, iki dövlətli bir çıxış yolunun olması ilə bağlı fikrimizdə qaldığımızı Netanyahunun diqqətinə çatdırdım. Bildirdim ki, seçki zamanı verdiyi bəyanatlar ciddi şəkildə müzakirələrin aparılmasını mümkünsüz edir”.

İnterpress.az