27 vaqon relsdən çıxdıbackend

27 vaqon relsdən çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolorado ştatında, Hadson şəhərində 27 vaqon relsdən çıxıb. Vaqonlar kömürlə dolu olub.

Hadisə yerinə cəlb edilən xilasedicilərin verdikləri məlumata görə, vaqonların bəzilərində olan kömür ətrafa dağılıb.

Qəza nəticəsində yaralanan və ya ölən olmayıb. Hələlik qəzanın nə səbəbdən baş verdiyi də bəlli deyil.

\”BNSF Railway\” şirkətinə məxsus olan qatarla 17 min ton kömür daşınıb. Ümumilikdə isə 120 vaqon olub.

Qeyd edək ki, bu artıq həftəsonu yük qatarlarında baş verən ikinci belə qəzadır. Şənbə günü Texasda kimyəvi maddə ilə dolu 5 sistern aşmışdı. Xoşbəxtlikdən kimyəvi maddə sızıntısı cüzi miqdarda qeydə alınıb.

İnterpress.az