Ana ölümü faktı ilə bağlı cinayət işi başlanıbbackend

Ana ölümü faktı ilə bağlı cinayət işi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır.

Xatırladaq ki, Trend öncədən məlumat vermişdi ki, martın 20-də Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölüb.

Ana uşağı qeysəriyyə əməliyyatı zamanı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.

“Astoriya” Tibb Mərkəzindən hadisənin olmasını Trend-ə təsdiqləyiblər. Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırırlar.

İnterpress.az