Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib.
Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışan H.Hacıyev qeyd edib ki, onlar erməni silahlı qüvvələri tərəfindən girov götürülüb: “Bu hərəkətlər Cenevrə konvensiyasının və beynəlxalq humanitar hüququn birbaşa pozulmasıdır. Bununla da Ermənistan bu hərəkətə görə birbaşa məsuliyyət daşıyır. Ermənistana qarşı tələbimiz ondan ibarətdir ki, o, beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyası çərçivəsində girovlarımızın azad edilməsi üzrə öhdəliklərini yerinə yetirsin”.
O bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin yüksək vəzifəli nümayəndələri tərəfindən Ermənistan qarşısında qaldırılan bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətlə koordinasiyanı və əməkdaşlığı davam etdirir: “Lakin təəssüf ki, Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətin tələblərinə və beynəlxalq humanitar hüquqlara tam etinasızlıq görürük”.