O, bu barədə martın 23-də Tvitter səhifəsində yazıb.
T.Cruz mühafizəkar hərəkatın lideridir və bu addım çoxdan gözlənilirdi. Beləliklə, 44 yaşlı senator 2016-cı il prezident seçkisi üçün namizədliyini verən ilk tanınmış namizəd olacaq. O, bu gün Virciniya ştatında Azadlıq Universitetində çıxışı zamanı namizədliyindən söz açacaq.
Xatırladaq ki, T.Cruz bir müddət əvvəl yaydığı videoda deyib: \”Cəsarətli mühafizəkarların yeni nəsli Amerikanı yenidən güclü edəcək.”
İnterpress.az