Millət vəkilini “Ukrtransnafta” ofisinə buraxmayıblarbackend

Millət vəkilini “Ukrtransnafta” ofisinə buraxmayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna KİV-ləri içəri daxil olmaq istəyən millət vəkilinin itələyərək binadan kənar edildiyini bildirirlər. Nayem binanın içərisində əllərində metal sipərlər olan silahlılar olduğunu israr edir.

Martın 19-da Ukrayna Ali Radası tərəfindən səhmdar cəmiyyətlər haqqında qanunda Dnepropetrovsk vilayət administrasiya başçısı İqor Kolomoyskini “Ukrtransnafta” üzərində nəzarətini ləğv edən düzəliş qəbul etmişdi.

Kolomoyskinin adamı sayılan şirkətin rəhbəri Aleksandr Lazorkonu dəyişməyə cəhd edilərkən, Dnepropütrovsk qubernatoru avtomatla silahlanmış bir dəstə ilə kənar edilmiş rəhbərin maraqlarını müdafiə etmək üçün cümə axşamı ofisə gəlmişdi.

Ali Radanın üzvü Sergey Leşşenko öz Facebook səhifəsində yazıb ki, şirkətin səhmlərinin 42 faizinin sahibi olan Kolomoyski “Ukrtransnafta” ofisində səngərlənib, bina isə dəmir məhəccərlə dövrəyə alınır.

O həmçinin binanın girəcəyinə “Dnepr-1” batalyonu döyüşçüləri tərəfindən nəzarət edildiyini bildirib. Lakin Ukrayna daxili işlər naziri Arsen Avakov bu məlumatı təkzib edib.

Bazar günü axşamı təşkilat binası yanına gələn Kolomoyskinin özü isə ofisin girəcəyini təcrid edən adamların “Kolomoyskinin batalyonu deyil”, şirkətin keşikçiləri olduğunu deyib.

İnterpress.az