Regionlar partiyası Yanukovychin oğlunun ölüm xəbərini təsdiqləyibbackend

Regionlar partiyası Yanukovychin oğlunun ölüm xəbərini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiyanın saytında yerləşdirilən məlumatda onun yaxınlarına başsağılığı verilir.

“Regionlar Partiyası”na 2014-cü ilədək Viktor Yanukovych rəhbərlik edib.

Kiçik Yanukovychin də adı Viktordur.

Onun ölümü barədə bundan əvvəl Rusiyanın kütləvi informasiya vasitələri məlumat yaymışdı.

Məlumata görə onun olduğu maşın Baykal gölündə buzun altına düşüb.

İrkutsk Fövqəladə Hallar Nazirliyi məlumatı təsdiqləyib, amma onun soyadının Davydov olduğunu bildirib.

Sonradan internetdə belə bir məlumat yayılıb ki, Yanukovych Ukraynadan getdikdən sonra anasının soyadını götürüb.

Bundan əvvəl maşında azı 4 nəfər olduğu və qalanların xilas edildiyi bildirilirdi.

Ukraynalı deputat və daxili işlər nqazirinin müavini Anton Herashchenko isə özününü Facebook səhifəsində maşında olan bütün 5 nəfərin xilas edildiyini və onlardan 4-nün hətta islanmadığını yazır.

İnterpress.az