1872 – Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872-1950) anadan olub. \”Dumanlı Təbriz\”, \”Qılınc və qələm\”, \”Döyüşən şəhər\”, \”Gizli Bakı\” romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
1938 – Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (1938 – 23.2.2003) anadan olub. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.
1988 – Sov.İKP MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” qərar qəbul edib. Qərara əsasən, Dağlıq Qarabağın sosial-iqtisadi məsələləri Azərbaycanın səlahiyyətindən alınaraq ittifaq hökumətinə verilib. O vaxtkı respublika rəhbərliyi isə buna nəinki etiraz etməmiş, əksinə, qərarı təqdirlə qarşılamışdı.
1990 – Erməni silahlı dəstələri Qazax rayonunun həmsərhəd kəndlərinə hücum ediblər. Basqın nəticəsində rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm, Daş Salahlı və s. kəndlərində onlarla dinc sakin öldürülüb və yaralanıb.
1992 – ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib. Minsk konfransı ilə bağlı Azərbaycan, Ermənistan, evsahibi ölkə Belarus, habelə Çexoslovakiya (1993-dən Çexiya və Slovakiya), Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ-ın (cəmisi 12 ölkə) iştirakı ilə işçi format – Minsk qrupu yarandı. Sonrakı müddətdə Minsk konfransı çağırılmasa da, Minsk qrupu Qarabağ münaqişəsində vasitəçilik təsisatı kimi formalaşdı. 1997-ci ildən qrupda ABŞ, Rusiya və Fransanın iştirakı ilə üçlü həmsədrlik institutu fəaliyyət göstərir.
24 mart 1801 – İsveçli ixtiraçı və sənaye sahibkarı Emmanuel Nobel (1801-3.9.1872) anadan olub.
24 mart 1906 — Məşhur rus müğənnisi, aktrisa, SSRİ Xalq artisti Klavdiya İvanovna Şuljenko (1906-1984) anadan olub.
24 mart 1926 — İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo anadan olub.
24 mart 1930 — Amerika kinoaktyoru Stiv MakKuin (Steve McQueen, 1930-1980) anadan olub. “Möhtəşəm yeddilik” , “Qaçış” filmlərində çəkilib.
24 mart 1954 — Rusiyanın Xalq artisti, məşhur estrada müğənnisi Aleksandr Nikolayeviç Serov anadan olub.
İnterpress.az