Gürcüstanda Azərbaycan vətəndaşı qətlə yetirilib – YENİLƏNİBbackend

Gürcüstanda Azərbaycan vətəndaşı qətlə yetirilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda öldürülən Azərbaycan vətəndaşının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-nın qərb bürosuna verilən məlumata görə, qətlə yetirilən 35 yaşlı Qazax rayon sakini Nəriman Mustafayev dost-tanışından topladığı manat əsginasları dollarla dəyişmək üçün Gürcüstana gedib.

Martın 22-də N.Mustafayev gürcü dostu ilə birlikdə Azərbaycana gələrkən Gürcüstan Respublikasının Rustavi şəhəri yaxınlığında, Yağlıca aşırımı adlanan ərazidə onların olduğu avtomobil naməlum avtomobil tərəfindən vurulub. Maşını saxladıqdan sonra bir neçə nəfər onlara hücum edib. Bu zaman N.Mustafayevin üzərində təxminən 250 min dollar pul olub. Pulları götürüb qaçan N.Mustafayev naməlum şəxslər tərəfindən tutularaq bıçaqlanıb və hadisə yerində dünyasını dəyişib.

Bildirilir ki, N.Mustafayevin yanında olan gürcü dostu cinayətkarları gördüyündən, təhlükəsizlik məqsədilə Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

10:29
***

Hadisə martın 22-də səhər 09.00 radələrində Gürcüstanın Rustavi şəhərinin Yağlıca aşırımında qeydə alınıb.

Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Nəriman Babək oğlu Mustafayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Polisdən onu da bildiriblər ki, N.Mustafayev qonşu rayonlardan yığdığı manat əsginaslarını Gürcüstanda yaşayan azərbaycanlılara satmağa aparıbmış.

N.Mustafayev bu gün Qazaxda dəfn ediləcək. ( apa )

İnterpress.az