Bukmeker kontorlarının “Eurovision-2015” Mahnı Müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi göstərdikləri İsveç birinciliyini qoruyub. İsveçin əmsalı 3.50-dən 2.50-yə enib (İsveçə qoyuluş edən şəxslər skandinavlar qalib gəldiyi təqdirdə, hər dollara görə 2,5 dollar qazanacaq ). İsveçi müsabiqədə “Heroes” mahnısı ilə Mans Zelmerlow təmsil edəcək.
Azərbaycanın əmsalı isə 21.00-dan 26.00-ya qalxıb və ölkəmiz 8-ci pillədən 9-cu pilləyə yüksəlib. Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.
İnterpress.az