İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna Milli Müdafiə Universitetində generallarla görüşü zamanı söyləyib.
P.Poroşenko mümkün hücumlara qarşı adekvat cavab veriləcəyini bildirib: “Ukrayna ordusu müharibədə böyük təcrübə toplayıb. Onu da deməliyəm ki, Ukrayna Avropa qitəsindəki ən güclü orduya sahib olan beş ölkədən biridir”.
P.Poroşenko ölkənin qərbindəki döyüşlərdə qəhrəmanlıq göstərən 4 nəfərə “Ukrayna Qəhrəmanı” fəxri adını da təqdim edib.
İnterpress.az