Düsserdolfdan Barselonaya səfər edərkən qəzaya düşən sərnişinin təyyarəsi ilə bağlı son məlumatlar açıqlanıb.
Fransanın cənubunda qəza edən təyyarənin Alp dağlarına çırpıldığı təsdiqlənib. Ölkənin cənubunda Barselonnett şəhəri yaxınlığında təyyarənin qalıqları da aşkarlanıb.
Təyyarə Bakı vaxtı ilə saat 13:40-da radardan itib.
15:22
***
İnterpress.az xəbər verir ki, təyyarə “Germanwings” aviaşirkətinə məxsus olub.
Fransa Mülki Aviasiya İdarəsi təyyarədə 142 sərnişinin və 8 ekipaj üzvünün olduğunu açıqlayıb.
Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.
İnterpress.az