Ağ evdə İŞİD müzakirəsibackend

Ağ evdə İŞİD müzakirəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ağ ev açıqlama yayıb.

Bildirilib ki, baş nazirin Vaşinqtona səfəri zamanı İŞİD militantlarına qarşı davam edən döyüşlər müzakirə olunacaq. Bu, Heydər əl-Abadinin ötən ilin avqustunda baş nazir olduğundan bəri Birləşmiş Ştatlara ilk səfəri olacaq.

Prezident Barak Obama ilə görüş zamanı iki ölkə arasında genişmiqyaslı əməkdaşlıq məsələləri, o cümlədən siyasi, iqtisadi və mədəni əlaqələr diqqət mərkəzində saxlanılacaq.

Xatırladaq ki, ABŞ İraq və Suriyada döyüşən İŞİD yaraqlılarına qarşı hava hücumları təşkil edən koalisiyaya başçılıq edir. Quruda isə İraq qoşunları şiə militantları və kürd qüvvələri ilə birləşib İraq və Suriyanın bir hissəsini ələ keçirən İŞİD-i məhv etməyə çalışırlar.

İnterpress.az