ABŞ Ukraynaya silah verəcək?  – Kritik qərarbackend

ABŞ Ukraynaya silah verəcək? – Kritik qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, sənədi 348 parlament üzvü dəstəkləyib, 48 nəfəri əleyhinə səs verib. Lehinə səs verənlər arasında həm respublikaçılar, həm də demokratlar var.

“Nümayəndələr Palatası Ukraynada böhranın həlli üçün hərbi yardımın göndərilməsinə böyük dəstək verir. Bu administrasiya tərpənməsə Rusiya təcavüzü cavabsız qalacaq”, – parlamentin aşağı palatasının sözçüsü John Boehner-in bəyanatında deyilir.

Moskva Ukraynanın şərqində münaqişədə bilavasitə iştirak etdiyini mütəmadi olaraq inkar edir. Rusiya XİN rəhbəri Sergey Lavrov Amerika silahlarının Ukraynaya tədarük planlarının Donbasda atəşkəs haqqında Minsk razılaşmalarının pozulmasına yönəldiyini bəyan edib.

Vaşinqtonda daha əvvəl bəyan etmişdilər ki, öldürücü silah tədarükü imkanını nəzərdən keçirirlər, lakin hələ əldə edilən atəşkəsin nəticələrini gözləyirlər.

Ağ Ev təkidlə Ukraynaya öldürücü, o cümlədən müdafiə xarakterli, silah göndərməkdən çəkinirdi.

ABŞ Dövlət Departamentində bəyan edirdilər ki, Ukraynanın şərqində böhranın hərbi həllini görmürlər.

Amerikalılar artıq Ukraynanı zirehli jilet, rabitə vasitələri, quru hərbi payok və tibb avadanlıqları ilə təchiz ediblər, lakin Ukrayna rəhbərliyi məhz öldürücü silah tədarükünə ümid edirmiş.

Ağ Evdə prezident Obamanın Ukraynaya öldürücü silah göndərmək məsələsində qərara gəlmədiyini deyirlər

Amerika KİV-ləri son vaxtlar ABŞ prezidentinin Ukraynaya məhz öldürücü silahlar göndərməyə meylli müçavirlərinin çoxaldığını qeyd edirlər, lakin prezident Obamanın yaxın ətrafında onun buna dair hələ qərara gəlmədiyini israr edirlər.

İnterpress.az