İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də “Binəqədi Oil Company” şirkətinə məxsus istismardan çıxarılmış 154 ədəd dəmir borunu oğurlayan Bakı şəhər sakinləri Mirzə İbayev və Sənan Məmmədəliyev tutulublar.
İnterpress.az