İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krımda genişmiqyaslı əməliyyat keçirilib. Nəticəsə 3 “qanuni oğru” həbs olunib. Onlardan iki nəfəri Krımda saxlanılacaq, biri isə deportasiya ediləcək.
Saxlananlardan biri 53 yaşlı “qanuni oğru” Kamo Səfəryan, digəri isə 41 yaşlı Kaxa Tbilisskidir. 3-сü şəxsin kimliyi hələlik açıqlanmır.
Xatırladaq ki, Krımda kriminal güclərin savaşında tərəflərdən biri də azərbaycanlı “qanunu oğru” Rövşən Lənkəranskidir. Onun Krımdakı qumarxanalardan pay alması üçün dəfələrlə bura səfər etdiyi bildirilir.
İnterpress.az