Yəmən prezidenti ölkədən qaçıbbackend

Yəmən prezidenti ölkədən qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şiə üsyançılar – husitlər bu gün şəhərin 60 kilometrində yerləşən iri aviabazaya hücum ediblər. Son məlumatlara görə, üsyançılar şəhərin 40 kilometrliyinə yaxınlaşıblar. Şəhərdə dövlət qulluqçularına evə getmək göstərişi verilib. Şəhər sakinlərinin bəziləri silahlanıb.

Daha öncə bildirilmişdi ki, Səudiyyə Ərəbistanı Yəmənlə sərhədə çox sayda döyüş texnikası göndərir. Səudiyyə Ərəbistanının husitlərə qarşı hava zərbələri endirəcəyi də bildirilirdi.

Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubuna \”Əl-Qaida\” nəzarət edir, mərkəzdə isə prezident qüvələri ilə husitlər arasında döyüşlər gedir.

İnterpress.az