Bunu açıqlamasında Azərbaycan Xarici İşlәr Nazirliyinin sözçüsü Hikmәt Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Almaniya Xarici İşlәr Nazirliyindən Azərbaycanın Almaniyadakı səfirliyinə verilən məlumata görə, qəzaya uğramış təyyarədə Azәrbaycan vətəndaşı uçmayıb: “Amma araşdırmalar davam etdirilir”.
Xatırladaq ki, martın 24-də gündüz saatlarında “Germanwings” şirkətinə məxsus \”Airbus A320\” təyyarəsi Barselonadan Düsseldorfa uçarkən Fransanın cənub-şərqində qəzaya uğrayıb. Son məlumata əsasən aviaqəzada 150 nəfər ölüb. Sərnişinlər arasında Almaniya, İspaniya, Qazaxıstan, Argentina, ABŞ, Kolumbiya, Meksika, Belçika, Mərakeş, Avstraliya, Danimarka və Yaponiya vətəndaşları olub.
İnterpress.az