Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində yaralanmış erməni əsgərlərindən biri Samvel Sasunoviç Akopyan ölüb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimizin düşmənə ağır zərbə vurduğu, 20-dək hərbi qulluqçusunun məhv edildiyi və yaralandığı barədə məlumat yayıb.
Ermənistan rəsmi qurumları isə yalnız bu ölkənin vətəndaşı olanlarla bağlı itkiləri açıqlasalar da, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdikləri əhali arasından hərbi xidmətə çağırılanlarla bağlı məlumatları KİV-dən və erməni ictimaiyyətindən gizlədirlər.
İnterpress.az