İnterpress.az xəbər verir ki, alman şirkəti olan “Germanwings”a məxsus təyyarədə ölənlərdən 72 nəfəri Almaniya vətəndaşıdır. Onların arasında 2 uşaq və 16 şagird olub.
Ölənlərdən 51-i İspaniya, 3 nəfəri ABŞ, 3-ü Britaniya, 3 Qazaxıstan vətəndaşı olub. Argentina, Meksika, Kolumbiya, Venesuela, Avstraliya, Yaponiya, Marokko və İranın 2 vətəndaşı da qəza baş verən təyyarədə olub.
Həmçinin İsrail, Çili, Belçika, Niderland və Danimarka vətəndaşları da qəzada həlak olub.
İnterpress.az