Özü-özünü “taclandıran” “oğru” həbsdəbackend

Özü-özünü “taclandıran” “oğru” həbsdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kriminal aləmdə Kotik yaxud Kitik Mlaşdşiy kimi tanınan “qanuni oğru”dan 50 qram həşiş götürülüb. Onu 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

Məlumat üçün bildirək ki, Kalaşyan vəfat etmiş məşhur gürcüstanlı “qanuni oğru”nun oğludur. O həmçinin son zamanlar azərbaycanlı “qanuni oğru” Lotu Quli ilə mübahisəsinin yarandığı bildirilən Şkro Molodoyun qohumudur.

Kotikin “taclandırılması” ilə bağlı da müxtəlif məlumatlar var. Belə ki, ona status verildiyi bildirilən “sxodka”nın qaydalara uyğun təşkil olunmadığı vurğulanır. Soçidən olan “oğru”ların dəstəyini alan Kotik özü təkbaşına Yunanıstana gedib və ordakı “oğru”ları toplayaraq özünü “oğru” elan edib.

İnterpress.az