İnterpress.az xəbər verir ki, bunu Qərb Ermənilərinin Problemlərini Öyrənmə Mərkəzinin direktoru Aykazun Alvarsyan bildirib.
Onun sözlərinə görə, Türkiyə erməniləri öz köklərinə qayıtmaq istəyirlər: “Ancaq Türkiyədəki ermənilər kilsəyə müraciət edib problemlərini bildirdikləri zaman öz ailələrini, işlərini, əmlaklarını təhlükə altında qoyurlar”.
Qeyd edək ki, erməni apostol kilsəsinin Konstantinopol eparxiyasının arxiyepiskopu Aram Atəşyan kilsədə xaç suyuna salınmayan ermənilərin erməni hesab edilmədiyini bildirib.
Alvarsyan bu mövqeyi doğru hesab etməyib: “Xristianlığa qayıtmaq istəyən ermənilərə şərt qoyulur. Onlar 6 ay kurslara getməli, dərslərə 1800 dollar ödəməlidir. Ancaq insanların işini-gücünü buraxıb 6 ay kursa getməyə imkanı yoxdur. Bütün bu proseslərin arxasnda Türkiyə hakimiyyəti dayanır”.
Aprelin 24-də Türkiyədəki erməni kilsələrinin zənglərinin çalınmayacağına gəlincə isə, mərkəz rəhbəri bildirib ki, bu qərarın verilməsində də Türkiyə hökumətinin rolu var.
İnterpress.az