İnterpress.az xəbər verir ki, bu barədə açıqlama ilə Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının başlatdığı və 10 ölkənin dəstəklədiyi Yəmən əməliyyatına münasibət bildirərkən çıxış edib: “Səudiyyə Ərəbistanının hərbi əməliyyatını dəstəkləyirik. Husiləri və xarici qüvvələri Yəməndə sülh və təhlükəsizliyi təhdid edən davranışlarından çəkinməyə çağırırıq. Hazırki vəziyyət beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə ciddi təhdid yaradır”.
Türkiyə XİN-in fikrincə, Səudiyyə Ərəbistanının Yəməndə başlatdığı bu hərəkat ölkədə baş verən vətəndaş müharibəsi və xaos təhlükəsinin qarşısını alacaq.
İnterpress.az