Bu barədə İrəvanda Milli Məclisin bu gün keçirilən iclasında 2015-ci ildə iqtisadi rəqabətin müdafiəsi üzrə dövlət proqramının müzakirə olunarkən Erməni Milli Konqresinin parlament fraksiyası rəhbəri Levon Zurabyan bildirib.
Onun sözlərinə görə, dövlət idxalçıların inhisarçılığına barmaqarası baxır və onların əməlinin üstünü ört-bastır edir. Həmçinin imtiyazlı biznesmenlər üçün Sərkisyan hakimiyyəti xüsusi şərait yaradıb və onlar kasıblaşan əhalini daha da soyurlar.
O deyib ki, bir çox nüfuzlu iqtisadçının hesablamalarına əsasən, son bir neçə il ərzində buğda, ət, şəkər, qəhvə, bitki yağı kimi məhsullar 100 faizdən 255 faizədək süni şəkildə artırılmış qiymətlə Ermənistana gətirilir və satılır: \”Amma dövlət rəhbərləri susur. Əlbəttə, bütün bunlara görə susmaq daha sərfəlidir.
İnterpress.az