Ərdoğan qeyd edib ki, İran rəhbərliyi regionda hökmranlıq etməyə çalışır. O bildirib ki, İranın bu siyasəti qəbuledilməzdir.
“Yəmən daxildən parçalanmağa doğru gedir. Biz Yəmən xalqının hamısına qardaş münasibəti bəsləyirik. Qardaşlarımızın hüquqları üzərində hər halda düşüncələrimizi ifadə etməliyik. Hələlik Yəmənə hərbi dəstək olmaq barədə bir söz demək istəmirəm. Bu doğru olmazdı. Lakin nəqliyat, təchizat və kəşfiyyat məsələlərində dəstək verməyə hazır olduğumuzu açıqladım.
İndiyə qədər Yəməndə baş verən hadisələr artıq səbr kasalarını daşırmağa başlamışdı. İranın açıqlaması təbiidir. İstənilən halda, İran İraq və Suriyadakı proseslərdə də özünü göstərib”, -deyə Ərdoğan bildirib.
İnterpress.az