Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində deyib.
Ermənistanın işğal siyasətini davam etdirdiyini deyən M. Çavuşoğlu qeyd edib ki, İrəvan qonşu ölkələrlə münasibətləri barədə düşünməlidir: “Ermənistanın İranla enişli-yoxuşlu əlaqələri var. Bizimlə münasibətləri də göz qabağındadır. Ermənistan həmişə hadisələrə bir tərəfli baxır”.
ABŞ-ın “erməni soyqırımı” məsələsi ilə bağlı münasibətinə toxunan nazir bu ölkənin mövqeyində dəyişikliyin olmayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi dəyişərsə, bu, ikitərəfli münasibətlərə təsir edə bilər.
İnterpress.az