Şirkətin vitse-prezidenti Yanis Vanaqs jurnalistlərə bildirib ki, bundan sonra şirkətin hava reyslərində pilot heç zaman kabinədə tək qalmayacaq: “Bizim şirkətimiz qərar qəbul edib ki, bundan sonra pilot kabinəsində daim ən azı iki pilot olsun. Əgər pilotlardan biri hansısa hallarda kabinəni tərk etmək məcburiyyətində qalarsa, stüardessalardan biri kabinədə olacaq”.
Onun sözlərinə görə, qərar artıq qüvvəyə minib və şirkətin bütün təyyarələrinin heyəti üçün məcburidir.
Xatırladaq ki, \”Germanwings\” aviaşirkətinin \”Airbus A320\” tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.
İnterpress.az