İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Göyçay rayonu, Bığır kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 144 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və evə bitişik olan talvar yanğından mühafizə olunub. Yanğın saat 01:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az