Bəyanatda, Pakistan Senatının Müdafiə komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 03 may, 2015 tarixində separatçı rejim tərəfindən qondarma “parlamentə” keçirilməsi nəzərdə tutulan qanmunsuz seçkiləri qəti şəkildə pisləndiyi bildirilmişdir.
Bəyanatda qeyd olunub ki, Azərbaycan ilə dost və qardaşlıq münasibətlərdə olan Pakistan hökuməti və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir və həmrəyliyini bildirir: \”Ermənıstanın qanunsuz işğalını tam pisləyir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, işğalı pisləyən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icra olunmasını tam dəstəkləyir. Qanunun aliliyi təmin edilməli, işğal dayandırılmalıdır\”.
Bəyanatda, eyni zamanda vurğulanıb ki, Pakistanın bütün əyalətlərinin və əsas siyasi partiyalarının təmsil olunduğu senatın müdafiə komitəsi bütün Azərbaycan xalqı, xüsusi ilə də işğal olunmuş ərazilərdən olan azərbaycanlılar ilə həmrəy olduğunu bir daha bildirir, “zorun aliliyi” prinsipini qəbul etməyərək beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və qəbul edilmiş qətnamələr əsasında münaqişənin sülh yolu və ümumbəşəri ədalət normaları əsasında həll edilməsini dəstəkləyir.
İnterpress.az