Artıq ölkənin bəzi bölgələrində yağışın sulu qara keçməsi müşahidə edilir. Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi ərazilərində isə sulu qar və qar yağır. Bakıda və Abşeron yarımadasında da yağıntılı hava şəraiti müşahidə olunur.
Azərbaycanda havaların qeyri-sabit keçməsi, qarın yağması mart ayı üçün xarakterikdir. Ayrı-ayrı illərdə də mart ayında bu cür hava qeydə alınıb. Belə ki, ötən il də martın 30-da və 31-də ölkədə qeyri-sabit sabit hava şəraiti müşahidə olunub. Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağıb.
İnterpress.az