Bu gün QMİ-də 31 mart soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə Şeyxülislam bildirib ki, bu soyqırım o vaxt tək azərbaycanlılara yox, bir neçə xalqa qarşı törədilib: “Bunun davam etdirilməsinə imkan tapsaydılar, daha çox xalq buna məruz qalacaqdı”.
A.Paşazadə bildirib ki, ermənilərin məqsədi dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq idi: “Qonşu ərazilərdə bütün xalqlara qarşı bu hadisəni törətmək onların planları idi. O vaxt Türkiyədə də ermənilər tərəfindən xeyli insan soyqırıma məruz qaldı, qırıldı”.
Şeyxülislam deyib ki, Qara dənizdən Xəzər dənizinə qədər böyük dövlət yaratmaq istəyən ermənilər o vaxtdan törətdikləri qırğınları indi də davam etdirir: “Bu, Qarabağda, xüsusilə Xocalıda qabarıq özünü göstərdi. Onlar özlərinə aid olmayan bütün milli, dini abidələri məhv edirlər. Mən və müavinlərim Ermənistanda olduq və oradakı məscidlərin necə dağıdılmasının şahidi olduq”.
İnterpress.az