İraqda döyüşən qadın indi fahişəxanadabackend

İraqda döyüşən qadın indi fahişəxanada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1,5 il boyunca fahişələrin həyatını izləyən Murat Şaka maraqlı layihəyə imza atıb. Fotomüxbirin bildirdiyinə görə, qadınlar ya işləmək, ya da Avropaya getmək üçün Türkiyəyə gəliblər. Lakin bu mümkün olmadığından əxlaqsızlıq bataqlığına sürükləniblər.

Onların arasında hətta Amerikanın İraqdakı ordusunda muzdla döyüşən 24 yaşlı Kedreh də var. Əslən Keniyadan olan bu qadının ölkəsində 3 uşağı qalıb. Özünün dediyinə görə, İraqdakı Amerika ordusunda muzdla xidmət edib. Daha sonra isə İstanbulda fahişəliyə sürüklənib. Burda qazandığı pulla hədiyyələr alıb uşaqlarına göndərir.

Qadınların arasında müsəlmanlar və xristianlar var. Onların “xidmət” haqqı 150 lirədən başlayır. Ağdərililərlə təmasdan qaçan bu qadınlar zaman-zaman polis tərəfindən yaxalanır. Qanunsuz miqrantlar üçün nəzərdə tutulan yerlərdə saxlanan qadınlarn ölkələrinə qaytarılması aylar tələb edir. Buna səbəb əksər Afrika ölkələrinin Türkiyədə səfirliyinin olmamasıdır.

İnterpress.az