Mamur oğlu həbs edildibackend

Mamur oğlu həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov mart ayının 22-də saat 16.00 radələrində sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Bu zaman o, polisə sənəd təqdim etməkdən imtina edib.

Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Ceyhun Səfərovun həbs müddəti martın 27-də başa çatıb və o, sərbəst buraxılıb.

İnterpress.az