17 yaşlı Azərbaycan əsilli gimnast Avropa çempionu oldu – FOTObackend

17 yaşlı Azərbaycan əsilli gimnast Avropa çempionu oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Münhen şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan əsilli Böyük Britaniya təmsilçisi Cesika Qədirova qızıl medal qazanıb.

17 yaşlı Cesika xalça üzərində sərbəst hərəkətlərdə hamıdan yaxşı nəticə göstərərək Avropa çempionu olub.

İkinci və üçüncü yerləri müvafiq olaraq italiyalı atletlər Martina Maccio və Ancela Andreolli tutublar.

Qeyd edək ki, hər iki valideyni azərbaycanlı olan Cesika Qədirova dəfələrlə müxtəlif yarışlarda müxtəlif əyarlı medallar qazanıb.