İsrail Ukraynadan qaçqın qəbulunu dayandırdıbackend

İsrail Ukraynadan qaçqın qəbulunu dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 13-dən İsrail ukraynalıların qəbulunu məhdudlaşdırıb. Ukrayna bu qərardan təəccüblənib.

İnterpress.az  xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.O, Ukraynaya çətin müharibə dövrünü və onun ilkin nəticələrini aradan qaldırmaq üçün atdığı addımlara görə İsrailə təşəkkür edib. Lakin Yermak qaçqınların ölkəyə buraxılmasını dayandırmaq qərarını gözlənilməz addım sayıb.

– Bütün tərəfdaşlarımıza xatırladıram: xalqlarınız çoxdan və aydın şəkildə göstərdi ki, siz nə etməlisiniz. Seçicilərinizi görün və eşidin. Onlar öz seçimini etdilər. Ukraynanı dəstəkləyirlər. Onlar bizimlədirlər. Bəs siz?, – Andriy Yermak deyib.

Prezident Ofisinin rəhbəri həmçinin onu da qeyd edib ki, Ukrayna ölkənin və ukraynalıların maraqlarına xələl gətirən istənilən addıma cavab verəcək.(azvision.az)